
“V Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib
“Neftçi” Peşəkar Futbol Klubunun, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “V Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib.
Layihə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Şəhidlərimizin 6-12 yaş aralığındakı 100 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov, “TuranBank”ın İdarə Heyətinin sədri Fəzail Məmmədov, “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül və digər qonaqlar iştirak ediblər.
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37