
Zəfər Gününə həsr olunmuş turnirdə ilk qələbə
“Neftçi” Zəfər Gününə həsr olunmuş turnirdə ilk qələbəsini qazanıb. “Ağ-qaralar” “Vətən” RİOEUG Futbol Məktəbinin təşkilatçılığı ilə bu məktəbin bazasında 2012-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışdakı ikinci oyununda “Səbail”ə qalib gəlib – 8:5. Komandamızın qollarından dördünü Şamil Allahverdiyev, ikisini Əli Məmmədli, hərəyə birini isə Hüseyn Nağızadə və Rəsul Bəkirzadə vurublar.
Qeyd edək ki, B qrupundakı ilk matçında “Şirvansaray”la heç-heçə etmiş (3:3) baş məşqçi Mahmud Əhmədovun yetirmələri oktyabrın 23-də “Sabah”la qarşılaşacaq. A qrupunda isə “Vətən”, “Qarabağ”, “Xan” və “Sportinq” komandaları çıxış edir. Yarımfinal oyunları oktyabrın 30-da, 3-cü yer uğrunda və final matçı isə noyabrın 3-də keçiriləcək.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10