
Emin, Eddi və Azər Malta ilə Latviyaya qarşı
21 mart 2022, 10:55
“Neftçi” PFK-nın futbolçuları – Emin Mahmudov, Eddi İsrafilov və Azər Salahlı Azərbaycan milli komandasına dəvət olunublar. Millimiz yoldaşlıq oyunu çərçivəsində Malta milli stadionunda martın 25-i Bakı vaxtı ilə saat 22:00-da Malta, 29-u saat 15:00-da isə Latviya yığma komandaları ilə qarşılaşacaq.