
Keysuke Honda ilə müqavilənin imzalanma mərasimi keçirilib
Bu gün “Neftçi” PFK ilə yeni transferimiz Keysuke Honda arasında rəsmi müqavilənin imzalanma mərasimi keçirilib. “Bakcell Arena”nın mətbuat konfransı zalında baş tutan tədbirdə yaponiyalı futbolçu ilə yanaşı, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, komandanın baş meneceri Qədir Həsənov və Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev iştirak ediblər.
İmzalanma mərasimindən sonra “Zoom” proqramı vasitəsilə mətbuat konfransı olub. Konfransda çıxış edən Keysuke Honda və Kamran Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, Honda ilə mövsümün sonunadək müqavilə imzalanıb. 34 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37