
Gümüş medallar “Neftçi” PFK-ya təqdim olundu
8 iyul 2020, 15:39
PFL Azərbaycan Premyer Liqasının gümüş medallarını “Neftçi” PFK-ya təqdim edib. COVID-19 pandemiyası səbəbindən kütləvi tədbirlərin keçirilməməsinə görə medallar klubun bazasında verilib. Komandamızın heyətində çempionatın bombardirlərindən olmuş Stiven Jozef-Monroz və Baqali Dabonun mükafatları da “Neftçi” PFK-ya təqdim olunub.