
“Neftçi” Kazbek Tuayevi təbrik etdi
“Neftçi”nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev bugünlərdə 80 yaşını qeyd edib. Bu münasibətlə “Neftçi”nin baş məşqçisi Samir Abasov yubilyarı iş yerində ziyarət edib, ona klub adından təbriklər və ən xoş arzularını çatdırıb.
Qeyd edək ki, hazırda Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev 1961-1971-ci illər ərzində “Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə “Neftçi”nin baş məşqçisi olmuş Tuayev 1995/1996, 1996/1997 və 2003/2004 mövsümlərində komandamıza ölkə çempionluğunu, 1995/1996, 2003/2004 mövsümlərində isə ölkə kubokunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37