
Akademiya komandalarımızın martın 9-dək olan məşqləri ləğv olunub
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə “Neftçi” Futbol Akademiyası komandalarının martın 9-dək olan məşqləri ləğv olunub.
Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin “Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10