
"Neftçi" Ələkbər Məmmədovun xatirə turnirində iştirak edəcək
U-10 komandamız "Neftçi”nin veteran futbolçusu, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, əməkdar idman ustası Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək. 2010-cu il təvəllüdlü futbolçular arasında yanvarın 9-dan 12-dək "Amasiya” İdman Kompleksində keçiriləcək yarışda 2 qrupdan ibarət 8 komanda mübarizə aparacaq.
"Neftçi” yanvarın 9-da "Amasiya”, 10-da ROFM, 11-də isə "İrani Ərdəbil” (İran) komandaları ilə qarşılaşacaq. Yanvarın 12-də qrupda birinci yeri tutan komandalar final, ikinci yerin sahibləri isə 3-cü yer uğrunda oyuna çıxacaq.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10