
U-13 komandamız gümüş medal qazandı
AFFA U-13 Liqasında final oyunu keçirilib. “Neftçi” “ASCO Arena”da baş tutan həlledici matçda “Qarabağ”la qarşılaşıb. Görüş “ağ-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Komandamızın üzvlərindən Səid Bayramov U-13 Liqasının ən yaxşı qapıçısı seçilib. Medalları mükafatçılara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər
Qeyd edək ki, baş məşqçisi Vaqif Əliyev olan komandamız “play-off” mərhələsində “Sabah”, “Çinar” (Gəncə) və “Ulduz” komandalarını mübarizədən kənarlaşdırmışdı.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10