
Yüksək Qızlar Liqasının çempionuyuq!
“Neftçi” PFK-nın qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirib. Baş məşqçisi Siyasət Əsgərov olan komandamız 18-ci turda “İnter” (Xaçmaz) klubu ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə 14:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ölkə çempionu olub.
Beləliklə, qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanan “Neftçi” bununla da Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.
Qeyd edək ki, komandamızın üzvlərindən Aysun Seydiyeva 77 qolla çempionatın ən məhsuldar futbolçusu olub, Günay İsmayılova isə ən yaxşı qapıçı seçilib. Kubok və medalları mükafatçılara “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev və Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova təqdim ediblər.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10