
“Turan Tovuz”la oyunöncəsi son məşq
29 sentyabr 2023, 19:07
“Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı “Turan Tovuz”la oyunöncəsi son məşqə çıxıb. “Flaqman” bu gün Tovuz şəhər stadionunda məşq edib. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, sentyabrın 30-u Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.