
“Jelezniçar”la oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı
“Neftçi” PFK-nın UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə “Bakcell Arena”da keçirəcəyi matça KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:
1. Ad, soyad
2. Təmsil etdiyi KİV
3. Vəzifə
4. Şəkil
5. 2022/2023 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)
Qeyd olunan məlumatlar iyulun 27-si saat 18:00-dək press@neftchi.az e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə press@neftchi.az-dan cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 02.08.2023-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək “Bakcell Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37