
Solomon Kverkveliya ilə müqaviləyə xitam verilib
16 iyul 2023, 10:00
“Neftçi” PFK müdafiəçi Solomon Kverkveliya ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. 31 yaşlı gürcü futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Qeyd edək ki, 2022-ci ilin iyulunda “Neftçi”yə transfer olunmuş Kverkveliya bu müddət ərzində 42 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.