
Rasim Rəfiyevin 75 illik yubiley mərasimi keçiriləcək
“Neftçi” PFK-nın sabiq rəhbərlərindən biri, 1994-1999-cu illər ərzində klubun əsas sponsoru olmuş və vitse-prezidenti vəzifəsini icra etmiş mərhum Rasim Rəfiyevin 75 illik yubileyi təşkil olunacaq. Tədbir iyunun 24-də Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da baş tutacaq. Öncə saat 13:00-da Rəfiyevin Yasamal rayonunda yerləşən məzarı futbol veteranları tərəfindən ziyarət olunacaq, ardınca saat 18:00-da isə “Dalğa Arena”da xatirə matçı keçiriləcək.
Qeyd edək ki, Rasim Rəfiyev “Neftçi”ni klubun ağır dövründə – 1994-cü ilin yayında himayəyə götürüb. Flaqmana hər cür dəstək göstərən Rəfiyev komandanın həmin dönəmdəki uğurlarında əsas pay sahiblərindəndir. “Neftçi” onun vitse-prezident olduğu dövrdə Azərbaycan çempionatının (1995/1996, 1996/1997), kubokunun (1995/1996, 1998/1999) və Superkubokunun (1995) qalibi olub. Rasim Rəfiyev 6 noyabr 2000-ci ildə vəfat edib.
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37