
“Neftçi” U-13 Liqasının gümüş medallarını qazandı
7 iyun 2023, 19:31
“Neftçi” U-13 Liqasında final oyununa çıxıb. “Ağ-qaralar” həlledici görüşdə “Sabah”la qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matçda komandamız məğlub olub - 0:2.
Oyundan sonra təşkil olunan mükafatlandırma mərasimində komandamızın üzvlərinə gümüş medalları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər. Qapıçımız Cavidan Babayev isə "Fair Play" mükafatına layiq görülüb.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10