
“Neftçi” U-12 Liqasında 3-cü yeri tutdu
17 iyun 2022, 13:52
“Neftçi” AFFA-nın U-12 Liqasında 3-cü yer uğrunda oyuna çıxıb. Baş məşqçi Rafail Yusifovun yetirmələri UGİŞM-1 (Sumqayıt) ilə qarşılaşıb. Hövsan FHN-nin stadionunda baş tutan görüşdə “ağ-qaralar” 7:0 hesabı ilə qalib gəlib. Qollardan 4-nü Yusif Quliyev, 3-nü isə Rəşad Şirməmmədli vurub.
Oyundan sonra keçirilən mükafatlandırma mərasimində “Neftçi”yə bürünc medallar təqdim olunub.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10