
“Neftçi” Azərbaycan Kubokunda mübarizəni dayandırdı
30 aprel 2022, 00:08
“Neftçi” Azərbaycan Kubokunun 1/2 final mərhələsində cavab matçını keçirib. Komandamız "Bakcell Arena"da “Zirə”yə oyunsonrası penaltilərdə məğlub olaraq (0:0, 2:4) mübarizəni dayandırıb.
Qeyd edək ki, bu komandalar arasında baş tutmuş ilk oyunda da hesab açılmamışdı.