
“Neftçi Esports” bu mövsüm ilk oyununu keçirib
19 aprel 2022, 14:25
“Neftçi Esports” E-Milli Liqada bu mövsüm ilk oyununu keçirib. “Nebula” ilə görüş rəqibin xeyrinə başa çatıb – 8:6 (2:2, 6:4).
Heyətində Murad Məmmədzadə, Nadir Həsənov və Kənan Babazadənin olduğu “Neftçi Esports”un A qrupundakı digər rəqibləri “Zirə” və “Ərkivan Masallı” komandalarıdır.
Qeyd edək ki, 7 qrupdan ibarət olan turnirdə 28 komanda iştirak edir. Qrupda ilk iki yeri tutanlarla yanaşı, ən yaxşı 3-cü olan iki komanda əsas mərhələyə vəsiqə qazanacaq. Əsas mərhələdə turnir Olimpiya sistemi ilə davam edəcək.
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37