
4 futbolçumuz U-16, 6-sı isə qızlardan ibarət U-17 milli komandasında
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Martın 2-dan 11-dək Bakıda keçiriləcək hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Amin Muradov, Murad Məmmədov, Elvin Qurbanov və Ömər Nəsibov dəvət olunublar.
6 futbolçumuz isə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının düşərgəsindədir. Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində martın 8-dən 14-dək Albaniyada keçirəcək oyunlar üçün heyətə cəlb edilən Aydan Həsənova, Aytac Mirzəyeva, Lalə Abbaszadə, İntizar Haqverdiyeva, Məsumə Nəzərli və Röya Əliyeva martın 4-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.
Qeyd edək ki, millimiz martın 8-də Albaniya, 11-də Şimali Makedoniya, 14-də isə Şotlandiya ilə ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10