
6 futbolçumuz milli komandalarda
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 12-dək Qəbələ şəhərində təlim-məşq toplanışı olacaq. Millimiz hazırlıq çərçivəsində oktyabrın 8-də və 11-də qırğızıstanlı yaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Toplanış və sınaq matçlarına “Neftçi” PFK-nın 4 üzvü – Rza Cəfərov, Hüseyn Babayev, David Orucov və Cavanşir Şahbazlı dəvət olunub.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçikada keçirəcək oyunlar üçün ilkin heyəti açıqlanıb. Seçmə mərhələyə hazırlıq məqsədilə oktyabrın 1-dən 4-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək milliyə “Neftçi”nin 2 futbolçusu – Rüfət Abbasov və Murad Məmmədov çağırılıb. Toplanışından sonra Belçikaya gedəcək yekun heyət müəyyənləşəcək.
Qeyd edək ki, U-17 milli komandamız Avropa çempionatının seçmə mərhələsində oktyabrın 6-da Norveç, 9-da Belçika, 12-də isə Lüksemburq ilə qarşılaşacaq.
Tövsiyə olunur
-
U-17 Liqasında bürünc medal qazandıq
Akademiya 24 iyun 2024, 21:15 -
“Neftçi”nin 6 üzvü U-19 milli komandasının düşərgəsindədir
Akademiya 24 iyun 2024, 15:08 -
3 futbolçumuz U-16 milli komandasında!
Akademiya 21 iyun 2024, 14:39 -
“Neftçi” U-15 Liqasının bürünc medalını qazandı
Akademiya 20 iyun 2024, 15:10