
Azərbaycan Futbol ailəsinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti!
Hörmətli cənab Prezident, Ali Baş Komandan!
Torpaqlarımızın azad edilməsi xəbərini sonsuz sevinc və fərəh hissi ilə qarşıladıq. Qarabağ xalqımızın mədəniyyət beşiyi, Azərbaycanın baş tacıdır. Bu sevinci xalqımıza, dünya azərbaycanlılarına bəxş etdiyiniz üçün Sizə və Azərbaycan Ordusuna Azərbaycan futbol ailəsi adından sonsuz minnətdarlığımızı bildiririk.
Hörmətli cənab Prezident!
Sizin siyasi arenada, əsgərlərimizin, zabitlərimizin, bütün hərbi qulluqçularımızın isə cəbhədə inanılmaz fədakarlığı nəticəsində ərazi bütövlüyümüz təmin olundu. Sizin uzaqgörən siyasətiniz dünya azərbaycanlılarını bir daha həmrəy etdi və bu həmrəylik QƏLƏBƏ ilə nəticələndi. Belə günlərdə bir millət olaraq hər birimizin Sizin ətrafınızda hər zaman birləşməyimiz gələcək QƏLƏBƏLƏRİMİZİN qarantıdır.
Bundan sonra Azərbaycan xalqı üçün qələbə şüarına çevrilmiş “Qarabağ Azərbaycandır!” ifadəsinin həyata keçirilməsinin xoşbəxtliyini yaşayacağıq.
#BİZBİRLİKDƏGÜCLÜYÜK!
AZƏRBAYCAN FUTBOL AİLƏSİ!
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37