
Bayramın mübarək, Azərbaycan əsgəri!
1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görüb. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülüb və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.
Bayramın mübarək, Azərbaycan əsgəri!
Tövsiyə olunur
-
Qadınların Çempionlar Liqasındakı rəqibimiz “Sankt-Pölten” oldu
Klub 5 iyul 2024, 15:36 -
6 futbolçumuz Macarıstan və İsveçrə yığmalarına qarşı
Klub 2 iyul 2024, 14:55 -
VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb
Klub 29 iyun 2024, 12:50 -
“Neftçi” Peşəkar Futbol Klubu loqosunu müasirləşdirdi
Klub 26 iyun 2024, 19:37